"Bu cür həyat tərzi yaşayan insanlara qarşı nifrət oyatmalıyıq" - Hüquqşünas

"Bu cür həyat tərzi yaşayan insanlara qarşı nifrət oyatmalıyıq"

"Bu cür həyat tərzi yaşayan insanlara qarşı nifrət oyatmalıyıq" - Hüquqşünas

İmişlidə 11 yaşlı qızı zorlayan Qurban Fərəcovun həyatı yoldaşı sensayiya sayılacaq açıqlama verib. Qadın deyib ki, o, dinə qarşı çıxa bilməz: "İslam dini 4 arvad almağı halal buyurub. Bu məsələdə həyat yoldaşımın tərəfindəyəm”. 

O, əlində olan əmlakı satıb həyat yoldaşını məsuliyyətdən qurtaracağını bildirib.

Hüquqşünas Əsabəli Mustafayev Polemika.az-a açıqlamasında deyib ki, belə yanaşmalara nifrət yaratmalıyıq:

“Həmin şəxs etdiyi əməldən, cəmiyyətin onun iyrənc əməlinə olan reaksiyasından xəbərdardı. O, ictimai qınaqla üzləşib. Cəmiyyət onu qınasa da, lakin onun ailəsi həmin şəxsin etdiyi hərəkətə bəraət qazandırır.  

Hətta deyirlər ki, bu şəriət qaydaları çərçivəsində olduğu üçün burada heç bir digər başqa əməl yoxdur. Hətta onun özü də qızını 12 yaşında ailə həyatı qurmağa sövq edib. Bu onunun həmin qaydalara əsasən hərəkət etdiyini göstərir.

Bu məsələyə daha çox diqqət ayırmaq lazımdır. Dünyaya baxış tərzi belə olan insanlar həyatımızdan çıxarılmalıdır. Ümumiyyətlə, bu tərzdə yanaşmalara qarşı nifrət yaratmalıyıq”.

Hüquqşünasın sözlərinə görə, bu tərz təfəkkürə malik insanların qarşısını almağı düşünməliyik:

“Təcavüzə uğrayan uşağın anası ilə həmin şəxs molla nikahı ilə yaşayırmışlar. Molla bilir ki, bu insan ailəlidir. Bir rayonda yaşayırlar. Bunu hamı bilir. Hər kəs bir-birini tanıyır. Özü də bir qayda var ki, rəsmi nikahı olmayan şəxslə molla nikahı kəsmək olmaz.

Bu onu göstərir ki, bu qədər geniş bir qrup belə bir hərəkəti dəstəkləyir. Ona görə bu çox qorxuludur. Çünki bu cür təfəkkür yeni-yeni insanlar yetişdirəcək. Bunun qarşısını almağın yollarını fikirləşmək lazımdır.

O gedib, 10-15 il həbsdə yatacaq, cəmiyyətdən təcrid olunacaq. Bəs bu yerdə qalanlar nolacaq? Bu barədə daha geniş fikirləşmək lazımdır”.

Nəzrin Vahid 

 

"Bu cür həyat tərzi yaşayan insanlara qarşı nifrət oyatmalıyıq" - Hüquqşünas