Ağcabədidə qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldı

Ağcabədidə qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldı

Ağcabədidə qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldı

Mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və o, Polis Şöbəsinə gətirilib.

Fakt üzrə Laçın RPŞ-də cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7-i mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, onun qarşısını kəsən şəxs və ya şəxslər qaçırıb.

Ağcabədidə qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldı