Bu gün qar yağacaq

Bu gün qar yağacaq

Bu gün qar yağacaq

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Bu gün qar yağacaq