Ada yenidən Ukraynanın nəzarətinə keçdi

Ada yenidən Ukraynanın nəzarətinə keçdi

Ada yenidən Ukraynanın nəzarətinə keçdi

Bir gün əvvəl Rusiya Federasiyasının nəzarətinə alınan Zmeyinı adası yenidən Ukraynanın nəzarətinə keçib.

Polemika.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Vadim Denisenko öz "Facebook" səhifəsində məlumat yayıb.

Sərhədçilər Qara dənizdə Ukrayna sərhədlərinin mühafizəsini davam etdirir.

Denisenko bildirib: "2 naməlum gəmi İlan adasına yaxınlaşaraq körpüyə atəş açıb. Onlar Ukrayna sərhədçilərindən təslim olmağı tələb etsələr də, şərtləri müəyyən etməyiblər. Bundan sonra adadan uzaqlaşıblar. Hazırda Zmeyinı adası bizimdir".

Eyni zamanda o, sərhədçilərin Qara dənizdə Ukrayna sərhədlərinin mühafizəsini davam etdirdiyinə diqqət çəkib.

Ada yenidən Ukraynanın nəzarətinə keçdi