Nyu-Yorkdakı “TürkEvi”ndə Zəfər Günü

Nyu-Yorkdakı “TürkEvi”ndə Zəfər Günü

Nyu-Yorkdakı “TürkEvi”ndə Zəfər Günü

Nyu-York şəhərində yerləşən “TürkEvi”ndə Zəfər Günü qeyd olunub.

Polemika.az xəbər verir ki, Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğunun təşkil etdiyi tədbirdə zəfər fotoları sərgilənib.

Tədbirdə çıxış edən Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür bildirib ki, Azərbaycan ötən il noyabrın 8-də qədim mədəniyyət paytaxtı olan Şuşanı azad edib. Konsul Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

“İki dövlət, bir millət şüarı ilə qardaş Azərbaycanın sevincini və qürurunu yaşayırıq”, - deyə o qeyd edib.

Türkiyənin haqlı mübarizəsində hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirən Özgür vurğulayıb ki, Ankaranın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə verdiyi dəstək və Azərbaycanla həmrəyliyi sonsuza qədər davam edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 8 noyabrın Azərbaycan üçün tarixi gün olduğunu bildirib və Türkiyəyə onların ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib.

Tədbirdə Türkiyənin qeyri-hökumət təşkilatları, azərbaycanlılar və türk icmasının üzvləri də iştirak ediblər./Modern.az

Nyu-Yorkdakı “TürkEvi”ndə Zəfər Günü