Pedofil keşiş 12 il həbs cəzası aldı

Pedofil keşiş 12 il həbs cəzası aldı

Pedofil keşiş 12 il həbs cəzası aldı

Köln Bölgə Məhkəməsi katolik keşişini uşaqlara cinsi istismarda ittiham edərək 12 il həbs cəzasına məhkum edib.

Polemika.az "Deutsche Welle"yə istinadla xəbər verir ki, 70 yaşlı din xadimi, həmçinin üç şərik iddiaçıya əziyyətə görə 5 min, 10 min və 35 min avro məbləğində təzminat ödəyəcək.

Prokuror təqsirləndirilən şəxsə 13 il, müdafiə tərəfi isə 8 il həbs cəzası istəyib.

Keşiş uşaq və yeniyetmələrin cinsi istismarı ilə bağlı 118 cinayətdə təqsirli bilinib. Pedofilin ən gənc qurbanı 9 yaşlı qız olub.

İşin materiallarına görə, keşiş uşaqlar və onların valideynləri ilə etibarlı münasibətdən istifadə edərək uşaqları cinsi əlaqəyə, oral seksə və digər cinsi fəaliyyətlərə məcbur edib.

Ümumilikdə, keşiş 1993-2018-ci illər arasında Qummersbax, Vuppertal və Zülpixdə doqquz qıza qarşı cinsi hərəkətlər edib.

İş materiallarında qeyd olunur ki, Köln Baş yeparxiyası keşişə qarşı dəfələrlə şayiələrə və ittihamlara baxmayaraq, ona daim uşaqlarla tək qalmaq üçün getdikcə daha çox imkanlar verir və hətta vəkilinin xərclərini ödəyirdi.

Pedofil keşiş 12 il həbs cəzası aldı