Litva miqrantlara qayıdış üçün pul vəd edir

Litva miqrantlara qayıdış üçün pul vəd edir

Litva miqrantlara qayıdış üçün pul vəd edir

Litva miqrantlara ölkəni tərk etmələri üçün pul ödəyəcək.

Polemika.az "Al-Arabia"ya istinadla xəbər verir ki, Litvanın Daxili İşlər Nazirliyi Belarusdan ölkəyə keçmiş miqrantların vətənlərinə qayıtması üçün qiymətləri açıqlayıb.

Öz ölkəsinə könüllü olaraq qayıtmağa qərar verən hər miqrant min avro və evinə pulsuz bilet alacaq.

"Ümid edirik ki, bu məbləğ Litvanı könüllü olaraq tərk etmək istəyənlərin sayını artıracaq", - nazirliyin məlumatında deyilir.

Hazırda Litvada olan 3.272 miqrantdan yalnız 54-ü qaçqın statusu ilə təmin edilib.

Litva miqrantlara qayıdış üçün pul vəd edir