Xarkov sakini koordinatları ruslara satdı

Xarkov sakini koordinatları ruslara satdı

Xarkov sakini koordinatları ruslara satdı

Ukraynanın Xarkov şəhərinin sakini 40 min qrivna (təxminən 2250 manat) qarşılığında həyati əhəmiyyətli infrastrukturların koordinatlarını Rusiya tərəfinə çatdırıb.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Baş prokuroru İrina Venediktov məlumat verib.

Baş prokuror adı açıqlanmayan sakinin “Saltovski” adlı çörək zavodu və hərbi obyektlə bağlı məlumatları elektron formada qarşı tərəfə ötürdüyünü və vəd edilən məbləği əldə etdiyini bildirib.

1 mart tarixində isə Rusiya silahlı qüvvələri məlumat əsasında həmin obyektlərə zərbələr endiriblər.

Xarkov sakini koordinatları ruslara satdı