Vətəndaşlar IV dozanı könüllü vurdura bilər

Vətəndaşlar IV dozanı könüllü vurdura bilər

Vətəndaşlar IV dozanı könüllü vurdura bilər

“Artıq bəzi ölkələr koronavirus əleyhinə dördüncü dozanın vurdurulması qərarı verib. Azərbaycanda isə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə dördüncü doza peyvəndin vurulması tövsiyə edilməyib”.

Polemika.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, Azərbaycanda bu gün üçün belə qərar yoxdur:

"İnsanlar öz istəyi ilə bu dozanı qəbul edə bilərlər. Hazırda 5-ci və 6-cı dozaların vurulmasının mənası barədə elmi araşdırmalar yoxdur. Bu baxımdan bir qədər səbirli olmaq lazımdır. Pandemiyanın gedişatı daim izlənilir. Nazirliyin tərkibindəki Elmi-Tibbi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”.

Vətəndaşlar IV dozanı könüllü vurdura bilər