Azərbaycanda dələduz qadın saxlanıldı - 79 min mənimsəyib

Azərbaycanda dələduz qadın saxlanıldı

Azərbaycanda dələduz qadın saxlanıldı - 79 min mənimsəyib

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polemika.az-a verilən məlumata görə, DİN əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 

Azərbaycanda dələduz qadın saxlanıldı - 79 min mənimsəyib