"Xalqla xalq yazıçısı arasında böyük bir sədd var..."

"Xalqla xalq yazıçısı arasında böyük bir sədd var..."

"Xalqla xalq yazıçısı arasında böyük bir sədd var..."

Milli Məclis üzvü Cavanşir Paşazadə yazdığı orfoqrafik səhvlərlə dolu statusa görə tənqid edilir. Buna təpki verən deputat növbəti statusunda bildirib: “Yazılarımı oxuyanlar qoy çərləsinlər”. Bir siyasətçinin seçicilərinə və onu izləyənlərə bu cür münasibət göstərməsi necə qiymətləndirilməlidir? Ümumiyyətlə, tanınmış şəxslərin sosial şəbəkə statuslarında orfoqrafik səhvlərə yol verməsi normaldırmı?

Polemika.az-ın suallarını cavablandıran yazıçı Şərif Ağayar bildirib ki, sosial şəbəkələrdə olan qrammatik səhvlər görə çox da narahat olmağa dəyməz:

“Təbii ki, düz yazsaq, lap gözəl olar, amma sosial şəbəkələrdə bu, o qədər də vacib deyil. Bununla bağlı dünyada bir termin var: “Grammar Nazi”, yəni “Korrektə Nasisti”. Onlar hər qrammatik səhvə diqqət edirlər. Ümumən ictimai xadimlər, millət vəkilləri, məmurlar, tanınmış insanlar həmişə çalışıb insanlara örnək göstərməlidirlər. İstər Azərbaycan dilinə hörmət, istər mütaliə, istərsə də kitaba və təhsilə münasibət baxımından. Buna görə yaxşı olardı ki, bu səhvlərə yol verilməsin”.

Yazıçının sözlərinə görə, qrammatikada səhv çoxluğu kitabdan ayrı düşməyin əlamətidir:

“Kitabdan ayrı düşdükcə, yazı mədəniyyətindən uzaqlaşdıqca insan qrammatikanı tədricən unutmağa başlayır. Görünür, belə insanlar üçün həyatda daha maraqlı şeylər var – pul, var-dövlət, əyləncə və s. Ancaq bunlar keçici məsələlərdir. Ağıllı adam daima qalıcı şeylərə diqqət edir”.

Şərif Ağayar əlavə edib: “İnsanların bu cür səhv buraxanlara aqressiv münasibətinə gəldikdə, ictimai xadimləri, tanınmış şəxsləri virtual linç etmənin səbəbi hadisənin özü deyil, insanların içində yığılan qəzəbdir. Onlar bir səbəb tapıb başlayır içini boşaltmağa. Bu da cəmiyyətimizdə sosial ədalətsizliklə bağlıdır. İndanlardakı qəzəbin, nifrətin, virtual linçə meylin altında Azərbaycan cəmiyyətindəki sosial ədalətsizlik, hətta deyərdim, sosial zülmkarlıq faktı dayanır. Ona görə insanlarımız aqresivdirlər və heç kimi bağışlamaq istəmirlər. Tutaq ki, bunu sadə bir müəllim və yaxud bir başqası etsə, o qədər qıcıq doğurmaz”, - deyə yazıçı fikirlərini bölüşüb.

Ş.Ağayar Çingiz Abdullayev ilə bağlı olan qalmaqaldan da danışaraq deyib:

“Çingiz Abdullayevlə bağlı olan qəzəbin səbəbi də təkcə müharibəylə bağlı səsləndirdiyi fikir deyil, ona qədər olan çoxlu hadisələrdir. Çingiz Abdullayev ən taleyüklü məsələlərə münasibət bildirmir, reallıq hissini itirib, yəni xalq yazıçısı xalqı hiss etmir və arada böyük bir sədd, bariyer var. Bu cür hadisələr olanda insanlar illərlə yığılan qəzəbi cilovlaya bilmir”.

Rafi Müslümov

"Xalqla xalq yazıçısı arasında böyük bir sədd var..."