"Ukraynanı xilas etməliyik" - Polşa prezidenti

"Ukraynanı xilas etməliyik" - Polşa prezidenti

"Ukraynanı xilas etməliyik" - Polşa prezidenti

Polşa prezidenti Anjey Duda ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşdən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Yenisabnaha.az "RIA NOvosti"yə istinadla xəbər verir ki, Duda bildirib:

"Biz Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməliyik. Rusiya öz hərəkətlərinə görə cavab verməlidir".

O əlavə edib:

"Ukraynanı xilas etməliyik. Ukraynanın köməyə ehtiyacı var. Birliyi qoruyub saxlamalı, bir yerdə olmalıyıq, həmrəyliyi qorumalı, yekdil danışmalıyıq. Azad dünyanın nümayəndələri olaraq  sərt mövqe nümayiş etdirməliyik. Polşa burada ABŞ-ın yanındadır, bütün müttəfiqlərimiz kimi”.

"Ukraynanı xilas etməliyik" - Polşa prezidenti