Prokurorluq anasını və bacısını öldürən şəxslə bağlı məlumat yaydı

Prokurorluq anasını və bacısını öldürən şəxslə bağlı məlumat yaydı

Prokurorluq anasını və bacısını öldürən şəxslə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən vətəndaş Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib. 

Bu barədə Baş Prokurorluqdan Polemika.az-a verilən məlumatda bildirilib.

Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirli bilinib. O, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan ediledilib.

 

Murad Niftizadə Rusiya Fedrasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub. 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.

Prokurorluq anasını və bacısını öldürən şəxslə bağlı məlumat yaydı