Ucarda küçəyə atılmış fiziki məhdudiyyətli qadın dövlət sığınacağına yerləşdirildi - Foto

Ucarda küçəyə atılmış fiziki məhdudiyyətli qadın dövlət sığınacağına yerləşdirildi - Foto

Ucarda küçəyə atılmış fiziki məhdudiyyətli qadın dövlət sığınacağına yerləşdirildi - Foto

Ucar rayonunda küçədə qalan fiziki məhdudiyyətli qadın sığınacağa yerləşdirilib.

Polemika.az xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz “Facebook” hesabında paylaşıb.

Mehriban Zeynalova öz sığınacağında xüsusi tibb bacısı və texniki işçi olmadığından xanım üçün Dövlət qurumlarına müraciət edib. 

Məsələ Sosial Xidmət Agentliyi tərəfindən operativ şəkildə həll edilib. Yaşlı qadın sığınacağa yerləşdirilib.

“Əziz dostlar yaşlı ağbirçək xanım şükürlər olsun ki, dövlət sığınacağına yerləşdirildi.

Məsələni bu qədər tez, operativ həll etdiyinə görə Vüqar Behbudova, Sosial Xidmət Agetntliyinə, eləcə də saatlarca ağbirçəyin nazını çəkən, övladlarının etmədiyi qayğını ona göstərən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşlarına təşəkkür edirik.

Ağbirçəyin övladlarına isə deməyə heç bir sözümüz yoxdur!” – deyə o qeyd edib.

Ucarda küçəyə atılmış fiziki məhdudiyyətli qadın dövlət sığınacağına yerləşdirildi - Foto