Bakıda 44 yaşlı kişi evində başından güllələnərək qətlə yetirildi - Foto

Bakıda 44 yaşlı kişi evində başından güllələnərək qətlə yetirildi - Foto

Bakıda 44 yaşlı kişi evində başından güllələnərək qətlə yetirildi - Foto

Bakıda qətl hadisəsi törədilib.

Polemika.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşayan 44 yaşlı Mirzəyev Allahverdi Ağaşirin oğlu yaşadığı evdə başından güllələnib.

A.Mirzəyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, A.Mirzəyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

/Report

Bakıda 44 yaşlı kişi evində başından güllələnərək qətlə yetirildi - Foto