Tofiq Zülfüqarov: "Aİ-nin 2 milyardlıq paketi anti-Azərbaycan yanaşm

Tofiq Zülfüqarov:

Tofiq Zülfüqarov: "Aİ-nin 2 milyardlıq paketi anti-Azərbaycan yanaşm

"İl yarımdır ki, Minsk Qrupu ölkələrinin səfirləri işğaldan azad edilmiş ərazilərə səfər etməkdən hər cür yayınırlar".

Polemika.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

O qeyd edib: "Yəqin ki, öz paytaxtlarına işğalçıların törətdiyi dağıntı və vəhşilik barədə obyektiv hesabat yazmağa ehtiyac qalmaması üçün. İstisna etmirəm ki, bu, onların istəyi deyil, mərkəzdən gələn göstərişdir. Eyni zamanda, onlar bərpa prosesində iştirak etmək üçün öz ölkələrindəki şirkətlərə lobbiçilik etməyə davam edirlər".

T.Zülfüqarov əlavə edib: "Aİ-nin 2 milyard pulu regional problemlərə birtərəfli, anti-Azərbaycan yanaşmasını dəyişmək cəhdidir. Təqdim olunan yardım paketi çərçivəsində proqramları reallaşdıran Aİ strukturlarından azad edilmiş ərazilərdə obyektiv qiymətləndirmə missiyaları həyata keçirmələri tələb olunacaq. Bu o deməkdir ki, mövzunun süni informasiya blokadası qırılacaq!"

Tofiq Zülfüqarov: "Aİ-nin 2 milyardlıq paketi anti-Azərbaycan yanaşm