Əliyevlə Paşinyanın görüşündə nə olacaq? “Sülhün yolu görünəcək”

Əliyevlə Paşinyanın görüşündə nə olacaq? “Sülhün yolu görünəcək”

Əliyevlə Paşinyanın görüşündə nə olacaq? “Sülhün yolu görünəcək”

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Onlar həmçinin insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə xətti haqqında razılığa gəliblər.

Görüşdə delimitasiya və demarkasiya ilə yanaşı, kommunikasiyaların açılması məsələsi də müzakirə olunacaq. Habelə bir sıra siyasi analitiklər düşünür ki, sülh sazişinin imzalanması da istina edilmir. Bu mümkündürmü? Ermənistan, artıq kapitulyant bir ölkə olaraq, təklif edilən şərtlərlə razılaşacaqmı?

Mövzu ilə bağlı Polemika.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri, politoloq Qabil Hüseynli bildirib ki, sülh sazişi çox ağır və müəyyən vaxt tələb edən bir prosesdir:

“Sülh sazişinə qədər kommunikasiyalar açılmalıdır, sərhədlərin delimitasiyası, yəni müəyyənləşməsi təsdiq olunmalıdır. Bu da, çox uzun sürən bir prosesdir. Amma Brüssel görüşü yolları təmizləyə bilər. Dünənə qədər qeyri-müəyyən mövqedə dayanan Nikol Paşinyanı heç olmasa, sülhyaratma prosesinə cəlb edə bilər. Ən azından tərəflər ağır və keçilməz olan məsələləri razılaşdıra və yaxud da ki, hər iki tərəfin platforması aydın şəkildə göstərilə bilər.

Brüssel görüşündən sonra sülhün yolu görünəcək. Ortada təkliflər var və onun üstündə işləyirlər. Brüssel görüşünə qədər də o təkliflər hamarlanıb, cilalanıb müəyyən bir səviyyəyə çatdırılandan sonra, dövlət başçıları da bunun ətrafında ya qərar verə bilər, ya da özlərinin müəyyən mülahizələrini söyləyə bilərlər”.

Ermənistanın bu qədər inad etməyinin səbəbi nədir sualına isə, politoloq belə cavab verib: “Bu erməni xislətidir, təbiətidir. Bunları həm də qısqırtmışdılar üstümüzə. Bunların arxasında duran qüvvələr var idi. Müəyyən qədər Amerikanın özü də Ermənistanın arxasında dayanıb.

Rusiya da ikibaşlı oyun oynayır. Paşinyan istəyir ki, görüşqabağı əlini gücləndirən bir uğur əldə etsin. Heç olmasa, lokal xarakterli bir uğura yiyələnsin və buna istinad edərək həm Ermənistan cəmiyyətini yumşaltsın, həm də ki, Azərbaycana əlavə təzyiq etmək imkanları əldə etsin, amma bu da alınmadı, arzusu ürəyində qaldı”.

Q. Hüseynli əlavə edib: “Bu idiotların arxasında xeyli qüvvə dayanır və xeylisi də bunları yoldan çıxarır. Hətta özünü müasir dünya sivilizasiyanın mücəssəməsi adlandıran ölkələr var ki, onlar da qızışdırma və qarşıdurma taktikasının yaranması üçün səy göstərirlər. Başıboş Paşinyan da onların fitnəsinə gedir.

Hər halda indi onların müəyyən qədər havaları alındı, amma ermənilər çətin millətdirlər. Tez də özlərinə gəlib, əvvəlki iddialarına qayıdırlar. Qarabağın dağlıq hissəsi ilə bağlı məsələlərin həlli çox çətin olacaq”, - deyə analitik vurğulayıb.

Rafi MÜSLÜMOV

Əliyevlə Paşinyanın görüşündə nə olacaq? “Sülhün yolu görünəcək”