Daha 7 cüdoçu Açıq Avropa turnirində mübarizəyə başlayır

Daha 7 cüdoçu Açıq Avropa turnirində mübarizəyə başlayır

Daha 7 cüdoçu Açıq Avropa turnirində mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 7 cüdoçusu Sarayevoda keçirilən Açıq Avropa turnirində mübarizəyə başlayacaq.

Polemika.az xəbər verir ki, yarışın ikinci günündə ölkə təmsilçiləri 4 çəki dərəcəsində qüvvəsini sınayacaq.

81 kq-da Kərim Allahverdiyev və Məhərrəm İmamverdiyev 1/8 finalda müvafiq olaraq Şamil Dzavbatırov (Almaniya) və Arber Kulaşi (Kosovo) ilə qarşılaşacaq. Bu çəkidəki digər cüdoçu Ömər Rəcəbli isə 1/6 finalda Joau Fernadunu (Portuqaliya) sınağa çəkəcək.

90 kq-da yer alan Əjdər Bağırov 1/8 finalda Citse Van Den Herrevegenlə (Belçika) üz-üzə gələcək.

100 kq-da çıxış edən Sabir İsayevin 1/8 finaldakı rəqibi Aleksey Yerşov (Ukrayna), Ruslan Nəsirlinin rəqibi isə Ris Tompson (Böyük Britaniya) olacaq.

Qadınların yarışında isə Günel Həsənli tatamiyə çıxacaq. 70 kq-dakı idmançı 1/4 finalda Minel Akdenizlə (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.

 

Daha 7 cüdoçu Açıq Avropa turnirində mübarizəyə başlayır