Tahir Kərimli hardadır? – Video yayan deputat “yoxa çıxıb”

Tahir Kərimli hardadır? – Video yayan deputat “yoxa çıxıb”

Tahir Kərimli hardadır? – Video yayan deputat “yoxa çıxıb”

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin ötən gün video çəkərək hədələndiyini dilə gətirməsi və emosional çıxışı gündəmin əsas mövzularındandır.

“Polemika.az” xəbər verir ki, deputatın videosu bir çox suallar ortaya çıxarıb. Bir müddət əvvəl Tahir Kərimli Milli Məclisin tribunasında “deputatın yiyəsi yoxdur” deyə bəyanat vermişdi. Elə o zaman da bu fikrin arxasında nəyin dayandığı bəlli olmamışdı. İndi isə deputat daha böyük müəmmaya yol açıb. Azərbaycanda Milli Məclisin deputatını hədələyən kimdir? Ondan nə tələb olunur? Tahir Kərimlini hədələyənlərin arxasında kim dayanır? Deputat kimin “bostanına daş atıb”?

Maraqlıdır ki, sözügedən videonu paylaşandan sonra Tahir Kərimli ilə heç bir əlaqə yoxdur. Onun mobil telefon nömrələrinə zəng çatmır. Nə partiya, nə də deputat köməkçisi bu haqda mediaya hər hansı məlumat vermir. Bu isə həm şübhələri, həm də deputatı hədələyənlərlə bağlı müəmmanı böyüdür.

Azərbaycan qanunvericiliyində hədə-qorxu cinayət məsuliyyəti yaradır. Ölümlə hədələmək isə daha böyük cinayət əməlidir. T. Kərimli isə onun məhz ölümlə hədələndiyini bildirir. Vaxtilə Azərbaycanın Ali Məhkəməsinin sədri olan Kərimli nə üçün bu haqda hüquq mühafizə orqanlarına məlumat verməyib? Çünki hüquq-mühafizə orqanları məsələ ilə bağlı onlara hər hansı müraciətin daxil olmadığını bildirirlər.

Ümid etmək olar ki, deputat qısa zamanda üzə çıxacaq və bu suallara cavab verəcək.

Tahir Kərimli hardadır? – Video yayan deputat “yoxa çıxıb”