Saxta erməni diplomatlar Ukraynaya qaytarıldı

Saxta erməni diplomatlar Ukraynaya qaytarıldı

Saxta erməni diplomatlar Ukraynaya qaytarıldı

İtaliya hakimiyyəti səfirlik işçiləri adı altında təxliyə edilən 12 nəfərlik erməni qrupunu Ukraynaya geri göndərib.

Polemika.az “Panorama”ya istinadla xəbər verir ki, onlar XİN-dəki qohumları vasitəsilə xüsusi uçuş xəbərini eşidiblər və şanslarını Avropada sınamaq qərarına gəliblər. 

Yalançı diplomatlar bir gün əvvəl İtaliya hökuməti tərəfindən icarəyə götürülmüş "Embraer" təyyarəsi ilə Romaya gəliblər. Enişdən dərhal sonra özlərini həddindən artıq yorğun kimi göstərərək izdihamın arasında gözdən itməyə çalışsalar da, hava limanında sənədlərin avtomatik skanerlər vasitəsilə yoxlanıldığını nəzərə almayıblar.

“Diplomatların” saxta pasportlarında çiplər əvəzinə sadəcə folqa parçaları varmış – bu, bir anda iki bahalı cihazı sıradan çıxarıb, bundan sonra sərhədçilər işə qarışaraq fırıldaqların üstünü tez bir zamanda açıblar.

İtaliyalı polisləri və jurnalistləri qeyri-qanuni miqrantların sosial vəziyyəti xüsusilə təəccübləndirdi - onlardan ikisi biznes sahibi idi, biri regional dövlət administrasiyasında işləyirdi, digəri isə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin professoru idi. Lakin onların hamısı Avropa İttifaqında yaşamaq istədiklərini bəyan edərək sığınacaq istəyiblər.

Sərhədi qanunsuz keçmə cəhdini nəzərə alaraq İtaliya bundan imtina etdi.

Təyyarə Kiyevə geri göndərildikdən sonra məlum olub ki, qaçqınlardan biri uzun illər aliment ödəməkdən yayınmaqda ittiham edilərək Rumıniya tərəfindən axtarışa verilib.

Saxta erməni diplomatlar Ukraynaya qaytarıldı