İranlı hakerlər İsrail şirkətini "girov götürüb"

İranlı hakerlər İsrail şirkətini "girov götürüb"

İranlı hakerlər İsrail şirkətini "girov götürüb"

İranın "Black Shadow" (“Qara Kölgə”) haker qrupu İsrailin “Cyberserve” internet şirkətinin serverlərini sındırıb və şirkəti məlumatları sızacağı ilə hədələyib.

Yenisabha.az "Jerusalem Post"a istinadla xəbər verir ki, "Cyberserve" veb hostinq şirkətidir, yəni müxtəlif sahələrdə fəaliyyət göstərən digər şirkətlər üçün serverlər və məlumatların saxlanmasını təmin edir.

İranlı hakerlərin ələ keçirdiyi məlumatlar “Pegasus” səyahət sifarişi şirkətindən tutmuş “Dan” avtobus şirkətinə və hətta İsrail Uşaq Muzeyinə qədər müxtəlif biznes sahələrini əhatə edir: .

Haker qrupu xəbərdarlığını "Telegram" mesajında çatdırıb.

"Black Shadow"məlumatları sızdırmayıb, hakerlər "Cyberserve" serverlərini söndürərək müştərilərinin vebsaytlarını deaktiv ediblər.

2020-ci ilin dekabrında da bu qrup İsrail şirkətinə kiberhücum edib, 50 bitkoin (o vaxt təxminən 1 milyon ABŞ dolları) tələb etmişdi.

Ümumən İsrail şirkətləri 2020-ci ildə fidyə olaraq hakerlərə 1 milyard dollardan çox pul ödəyib və 2021-ci ildə bu rəqəmin artacağı gözlənilir.

İranlı hakerlər İsrail şirkətini "girov götürüb"