Gürcüstanda seçkilər keçirilir

Gürcüstanda seçkilər keçirilir

Gürcüstanda seçkilər keçirilir

Bu gün Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turu keçirilir.

Polemika.az "Novosti-Qriziya"ya istinadla xəbər verir ki, vətəndaşlar 15 bələdiyyə və 5 şəhərinin - Tbilisi, Batumi, Kutaisi, Poti, Rustavi merlərini, həmçinin 24 seçki dairəsi üzrə 42 majoritar deputat seçirlər.

Seçkilərdə hakim “Gürcü Arzusu” və müxalif “Vahid Milli Hərəkat” partiyalarının nümayəndələri vəzifə uğrunda yarışır.

Səsvermə prosesi səhər saat 8-də başlayıb və axşam saat 20:00-da başa çatacaq.

Oktyabrın 30-da keçirilən seçkilərdə 2 milyon 88 min 722 ölkə vətəndaşının səsvermə hüququ var.

Ən çox seçici Tbilisidə qeydə alınıb - 1.002.900.

Gürcüstanda seçkilər keçirilir