Hindistan hökuməti kriptovalyutaları qadağan etməyə hazırlaşır

Hindistan hökuməti kriptovalyutaları qadağan etməyə hazırlaşır

Hindistan hökuməti kriptovalyutaları qadağan etməyə hazırlaşır

Hindistan hökuməti özəl kriptovalyutaları qadağan edən qanun hazırlayır.

Polemika.az "France 24"ə istinadla xəbər verir ki, qanun qəbul olunarsa, Hindistanda özəl rəqəmsal valyutalar qadağan olunacaq. Eyni zamanda, Hindistan Mərkəzi Bankı tərəfindən də dəstəklənən dövlət rəqəmsal valyutasının yaradılmasına zəmin yaradacaq.

Bu qanunun hazırlanması Hindistanın Baş naziri Narendra Modinin bitkoinin gənclər üçün təhlükə olduğunu bildirməsindən sonra başlayıb.

Digər tərəfdən, qanunun təfərrüatları hələ məlum olmadığı üçün ən azı indiyə qədər Hindistan kripto-investorlarını qeyri-müəyyən gələcək gözləyir.

Qeyd edək ki, rəqəmsal valyutalara Hindistan Mərkəzi Bankı ciddi nəzarət edir.

Hindistan hökuməti kriptovalyutaları qadağan etməyə hazırlaşır