Xanəndə ərinin şəklini paylaşanlardan polisə şikayətlənəcək

Xanəndə ərinin şəklini paylaşanlardan polisə şikayətlənəcək

Xanəndə ərinin şəklini paylaşanlardan polisə şikayətlənəcək

Bir müddət əvvəl ailə quran Əməkdar artist Nigar Şabanova ərinin şəkillərinin paylaşılmasına sərt təpki verib.

Polemika.az xəbər verir ki, şəbəkə hesabında fotonun tirajlanmasına qadağanı belə əsaslandırıb:

 “Həyat yoldaşımla bir dəfə şəkil paylaşdım və sildim. Mən həmin şəkili səhifəmdən silsəm də, bir çox sosial şəbəkələrdə nişanlımın şəkili qalmaqdadır. O demək deyil ki, mənimlə bağlı xəbərlərdə onun şəkili yayımlanmalıdır”.

Sənətçi ərinin hərbçi olduğunu da xatırladıb. O, şəkili paylaşanlardan polisə şikayət edəcəyini deyib:

 “O hərbçidir və elə yerdə çalışır ki, fotosunun sosial şəbəkələrdə yayılması məqbul hal deyil. Bundan sonra fotolarını hansısa sosial şəbəkə səhifəsində görsəm, polisə şikayət edəcəyəm”.

Xanəndə ərinin şəklini paylaşanlardan polisə şikayətlənəcək