Toya 200-dən artıq qonaq çağırdı - İşə polis qarışdı

Toya 200-dən artıq qonaq çağırdı - İşə polis qarışdı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, yoxlamalar zamanı hər bir mərasimdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də 28 nəfərin COVID-19 pasportu olmadığı müəyyən olunub. 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elxan Səmədov və Qriqori Aşuqov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər. 

Toya 200-dən artıq qonaq çağırdı - İşə polis qarışdı