İşçilərə iş vaxtından kənar zəng etmək qanunla qadağan edildi

İşçilərə iş vaxtından kənar zəng etmək qanunla qadağan edildi

İşçilərə iş vaxtından kənar zəng etmək qanunla qadağan edildi

Portuqaliya parlamenti işəgötürənlərə iş vaxtı xaricində işçilərə zəng etməyi və ya mesaj göndərməyi qadağan edən qanun qəbul edib.

Yeni qaydalara əsasən, işəgötürən qanunu pozduğuna görə cərimələnə bilər.

Bundan əlavə, rəhbərliyin işçilərə uzaqdan nəzarət etməyinə də icazə verilməyəcək. 

Bununla belə, portuqaliyalı deputatlar iş saatları xaricində iş söhbətlərinin aparıldığı onlayn qrupları söndürmək tələbini qanuniləşdirmək təklifini rədd ediblər.

Qeyd olunur ki, portuqaliyanın əmək qanunvericiliyinə qəbul edilmiş dəyişikliklər 10 nəfərdən az işçisi olan şirkətlərə şamil edilməyəcək. /Oxu.az

 

İşçilərə iş vaxtından kənar zəng etmək qanunla qadağan edildi