Rusiya və İran prezidentlərinin telefon söhbətində Qarabağdan danışıldı

Rusiya və İran prezidentlərinin telefon söhbətində Qarabağdan danışıldı

Rusiya və İran prezidentlərinin telefon söhbətində Qarabağdan danışıldı

İran və Rusiya prezidentləri arasında telefon danışığında Dağlıq Qarabağ müzakirə olunub.

Polemika.az ISNA-ya istinadla xəbər verir ki, telefon söhbəti Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub.

Ünsiyyət zamanı liderlər iki ölkənin ortaq mövqeləri və ikitərəfli, regional və beynəlxalq məsələlərdə yaxınlaşmasını əsas gətirərək, uzunmüddətli əməkdaşlığa dair hərtərəfli sənədin yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.

İran prezidenti İbrahim Rəisi Putinin zəngini yüksək qiymətləndirərək, İslam Respublikasının Rusiya ilə iqtisadi-ticari əlaqələri inkişaf etdirmək iradəsini vurğulayıb:

"Biz uzunmüddətli hərtərəfli əməkdaşlıq sənədi imzalamağa hazırıq. Gəlin iki ölkə arasında münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi prosesini ən qısa zamanda yekunlaşdıraq".

İbrahim Rəisi Tehran və Moskvanın bir çox beynəlxalq məsələlərdə yaxınlaşma və sinerjidə olduğunu sözlərinə əlavə edib.

O, iki ölkə arasında regional məsələlərdə ortaq əməkdaşlığın zəruriliyinə toxunub. O, Suriya, Əfqanıstan məsələsində İranın mövqeyini təkrarlayıb.

Bununla bərabər, İran prezidenti Rusiyanın Qafqaz regionunda sabitlik yaratma təşəbbüsünü də dəstəkləyib.

Tərəflər telefon danışığında həmçinin vurğulayıblar: “Geosiyasətdə hər hansı dəyişiklik və region ölkələrinin sərhədlərinin dəyişdirilməsi qəbuledilməzdir”.

"Biz birlikdə çalışaraq Suriyanın müstəqilliyini qoruya bildik və bu ölkədəki terrorun qaynar nöqtəsini məhv edə bildik. Təbii ki, biz sıx əməkdaşlığımızı, xüsusən də müxtəlif regional sahələrdə davam etdirməliyik", - deyə Vladimir Putin telefon söhbəti zamanı bildirib.

Rusiya prezidenti nüvə sazişi məsələsində İranın hüquqlarını dəstəkləyib və gələcək danışıqlarda tərəflərin mövcud vəziyyətdən çıxmaq üçün kifayət qədər siyasi iradəyə sahib olacağına ümid etdiyini bildirib.

O, Dağlıq Qarabağdakı vəziyyətdən narahatlığını da ifadə edib: “Regionda etimad və əməkdaşlıq səviyyəsini artırmaq üçün biz 3+3 məsləhət mexanizmini işə salmağa çalışırıq və İran İslam Respublikasının bunu dəstəkləyəcəyinə ümid edirik".

Rusiya və İran prezidentlərinin telefon söhbətində Qarabağdan danışıldı