"Saakaşvilini azad edin" tələbinə rəsmi Tbilisinin cavabı

"Saakaşvilini azad edin" tələbinə rəsmi Tbilisinin cavabı

"Saakaşvilini azad edin" tələbinə rəsmi Tbilisinin cavabı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 70-dən çox avropalı siyasətçinin Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə bağlı fikirlərini dəyərləndirib.

Polemika.az "Azadlıq Radiosu"nun Gürcü Xidmətinə istinadla xəbər verir ki, Baş nazir bildirib:

"Avropa Parlamentinin nə deyəcəyinin əhəmiyyəti yoxdur, əsas odur ki, gürcü xalqı nə deyəcək".

İrakli Qaribaşvilinin sözlərinə görə, Mixeil Saakaşvilinin həbsdə saxlanılması heç kimin müqavimət göstərə bilməyəcəyi qanunun icrasıdır:

“İndi xalqımıza izah etmək istəyirəm ki, bəzi millət vəkillərinin ağıllı şəkildə çıxıb bizə müdrik məsləhətlər verməsi ilə bağlı daimi söz-söhbətlər var. İndi hamıya bir şeyi deyəcəyəm. Saakaşvili məhkəməyə verildi, çünki o bir çox cinayətlər törətdi. Bütün bu ittihamlar, məhkəmə instansiyaları tərəfindən müəyyən edilir. Bir şeyi demək istəyirəm ki, ölkəmizdə heç kim hüquq-mühafizə, həqiqət və ədalət qarşısında dayana bilməz. Nə qədər millət vəkili bizə qarşı çıxsa da, bizim tam şəffaf bir prosesimiz var. Qanunun aliliyi təmin edilir, buna görə də hər kəsə aydın olmalıdır ki, biz öz siyasətimizdən dönməyəcəyik”

Xatırladaq ki, oktyabrın 18-də Litva və Ukraynanın keçmiş prezidentləri, İsveçin keçmiş baş naziri, Polşa, İtaliya, Xorvatiya, Litva, Latviya, İsveç, İspaniya, Çexiya və Fransadan olan Avropa Parlamentinin 25 üzvü, keçmiş səfirlər, müstəqil analitiklər və müxalifət üzvü olan gürcü siyasətçiləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin müstəqil məhkəmə qarşısında mühakimə olunana qədər həbsdən azad edilməsini tələb edən açıq məktub imzalayıb .

Açıq məktub Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti prezidentlərinə ünvanlanıb.

"Saakaşvilini azad edin" tələbinə rəsmi Tbilisinin cavabı