Baş nazirin intim videosu yayıldı

Baş nazirin intim videosu yayıldı

Baş nazirin intim videosu yayıldı

Şimali Kipr Türk Respublikasında siyasətçilərlə yaxın əlaqədə olan, həmçinin qumar təşkilatı və narkotik şəbəkəsinin ən əhəmiyyətli üzvü olduğu iddia edilən Halil Falyalının həbsindən sonra sosial mediada ŞKTR-in Baş naziri Ersin Sanerin intim videosu yayılıb.

Polemika.az bildirir ki, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Videonun yayılmasından sonra Baş nazir Ersan Saner, siyasətdən getməyə qərar verib. Sanerin 30-31 oktyabr tarixlərində hakim Milli Birlik Partiyasının (UBP) qurultayında partiya sədrliyindən imtina edəcəyi gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda da oxşar baş vermişdi. Belə ki, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılan pornoqrafik videosundan sonra, onun sədrlik vəzifəsi sonlandırılmışdı. 

Baş nazirin intim videosu yayıldı