Hindistanda "Tac Mahal"ın oxşarı yaradıldı

Hindistanda "Tac Mahal"ın oxşarı yaradıldı

Hindistanda "Tac Mahal"ın oxşarı yaradıldı

Hindistan sakini arvadı üçün Tac Mahalın nüsxəsini tikməklə evlilik sədaqətinin dünyada ən məşhur təzahürünü təkrarlayıb.

Polemika.az AFP-yə istinadla xəbər verir ki, orijinal "Məhəbbət abidəsi" 17-ci əsrdə Moğol imperatoru Şah Cahanın əmri ilə sevimli xanımı Mümtazın məzarı üzərində tikilib.

Anandan Prakaşın arvadı Çuksi isə sağdır və hətta ərinə dünyanın mərmər möcüzəsinin təkrarında məsləhət verib.

52 yaşlı kişinin tikdiyi yeni "Tac Mahal"i 15 milyon rupiyə (200 min dollar) başa gəlib.

Çuksi əsas günbəzin üzərinə Hindistan bayrağı sancmağı və yeni mülkünü əhatə edən dörd sütuna ən məşhur dini simvolları əlavə etməyi planlaşdırır.

 

Hindistanda "Tac Mahal"ın oxşarı yaradıldı