Ukrayna virusun əlində aciz qalıb: 546 nəfər öldü
Ukrayna virusun əlində aciz qalıb: 546 nəfər öldü
Keçən ay tətbiq edilən sərt qadağalara baxmayaraq, Ukraynada COVID-19-dan yeni anti-rekord sayda ölüm qeydə alınıb.
Polemika.az bildirir ki, bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti məlumat yayıb.
Ukrayna Səhiyyə Nazirliyi oktyabrın 21-ə olan açıqlamasında bildirib ki, son 24 saat ərzində 22.415 yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Qeyd edək ki, ən son anti-rekord aprelin 3-də, 20.341 yoluxma ilə qeydə alınmışdı.
Son bir gündə xəstəlikdən ölənlərin ümumi sayı 546-ya yüksəlib.
Ümumilikdə, 41 milyonluq Ukraynada 62 minə qədər insan koronavirus pandemiyasından həyatını itirib.
Qeyd edək ki, Ukrayna hökuməti, keçən ay COVID-19 ilə ciddi mübarizəyə başladığını açıqlamışdı. Son günlərdə bir sıra yeni qadağaların elan edildiyi bildirilir. Millət vəkilləri hökumətin ilin sonuna qədər qadağalar tətbiq etməsinə icazə verən fövqəladə vəziyyət rejimini uzatdığını söyləyiblər.