"Türkiyə ilə gizli danışıqlar gedir" - Suriya hərbçisi

"Türkiyə ilə gizli danışıqlar gedir" - Suriya hərbçisi

"Türkiyə ilə gizli danışıqlar gedir" - Suriya hərbçisi

"Türkiyə ilə qapalı danışıqlarda irəliləyiş var".

Polemika.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Türkiyə ilə danışıqlar qrupunun rəhbəri mayor Heydər Cavad bildirib: 

Onun sözlərinə görə, danışıqlarda əsas diqqət Fəratın şərqindəki məsələlərə yönəlib. Bu ərazilər kürd yaraqlıların nəzarətindədir. 

Tərəflər ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-İŞİD koalisiyasının mövcudluğunu müzakirə edirlər.

Heydər Cavad Türkiyə ilə Suriya arasında Adana sazişinin (20 oktyabr 1998-ci ildə imzalanmış) həyata keçirilməsini danışıqların başqa bir istiqaməti kimi göstərərək, irəliləyişin əldə edildiyini və iki ölkə arasında yaranmış böhranın həll olunacağına ümid etdiyini bildirib.

"Türkiyə ilə gizli danışıqlar gedir" - Suriya hərbçisi