“Pakistan kəşfiyyatı Əfqanıstanın düşmənidir” - "Taliban"çı rəsmi

“Pakistan kəşfiyyatı Əfqanıstanın düşmənidir” - "Taliban"çı rəsmi

“Pakistan kəşfiyyatı Əfqanıstanın düşmənidir” - "Taliban"çı rəsmi

“Pakistan hərbi kəşfiyyat xidməti (İŞİ) Əfqanıstanın düşmənidir”.

Polemika.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu "Taliban"ın Mədəniyyət Komissiyasının üzvü Şahabuddin Lival bildirib.

Rəsmi İslamabada qarşı kəskin bəyanatında o, “Pakistanı bütün İslam dünyasının ən geriqalmış, və ən çirkli sistemi” adlandırıb.

"Taliban"ın sözçüsü Zəbihullah Mücahid də bu yaxınlarda Pakistan hökumətini "İslama zidd siyasi sistem" kimi səciyyələndirib.

Xatırladaq ki, “Foreign Policy” ötən ay təhlükəsizlik və kəşfiyyat mənbələrinə istinadla xəbər verib ki, Pakistan ordusunun kəşfiyyat xidməti "Taliban"ın narazı üzvləri və digər kiçik cihadçı qrupları bir çətin altında birləşdirmək istəyir.

İddiaya görə, ISI bundan "Taliban"a qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək istəyir.

 

“Pakistan kəşfiyyatı Əfqanıstanın düşmənidir” - "Taliban"çı rəsmi