Baş nazir kabusların dolaşdığı sarayda: "Heç nə görmədim"

Baş nazir kabusların dolaşdığı sarayda: "Heç nə görmədim"

Baş nazir kabusların dolaşdığı sarayda: "Heç nə görmədim"

Yaponiyanın Baş naziri Fumio Kişida 9 ildir boş qalan rəsmi iqamətgahında ilk gecəsini keçirib.

Polemika.az "Yahoo News"a istinadla xəbər verir ki, Yaponiyanın keçmiş baş nazirləri Şinzo Abe və Yoşihide Suqa kabuslar dolaşdığı bu iqamətgahda qalmaqdan imtina ediblər.

Rəsmi iqamətgahda qalmağa qərar verən Kişida jurnalistlərə açıqlamasında deyib: "Dünən yaxşı yatdım".

Qeyri-adi bir şeylə qarşılaşıb-qarşılaşmadığı sualına yeni Baş nazir belə cavab verib: “Hələ heç nə görməmişəm”.

1936-cı ildə Yaponiyada baş vermiş çevriliş zamanı, iqtisadiyyat naziri də daxil olmaqla, bir sıra yüksək vəzifəli dövlət məmurları iqamətgahda qətlə yetirilib və o vaxtdan bəri onun dəhlizlərində qəribə hadisələrin baş verdiyi bildirilir.

Bu ilin noyabrında Yaponiya Nümayəndələr Palatası Yaponiyanın hakim Liberal Demokrat Partiyasının lideri Kişidanı 297 səslə Yaponiyanın 110-cu baş naziri seçib.

Kişida Yaponiyanın keçmiş baş naziri Soqanın koronavirus epidemiyası ilə bağlı fəaliyyətinin artan tənqidi fonunda istefasından sonra oktyabr ayında yeni kabinetin başına keçib.

 

Baş nazir kabusların dolaşdığı sarayda: "Heç nə görmədim"