“Azərbaycan və Ermənistan fürsətdən istifadə etməlidir” – Kazlariç

“Azərbaycan və Ermənistan fürsətdən istifadə etməlidir” – Kazlariç

“Azərbaycan və Ermənistan fürsətdən istifadə etməlidir” – Kazlariç

Sabah Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında ikitərəfli görüş keçiriləcək. Aİ-nin bu görüşün təşkilində marağı nədən ibarətdir? Şimal-Cənub dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin reallaşması yoxsa, Aİ-nin başqa daha mühüm maraqları var?

Durumu “Polemika.az”a şərh edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçad Kazlariçin sözlərinə görə, o ümid edirik ki, ATƏT-in Stokholmdakı sonuncu iclasından fərqli olaraq, Ermənistan və Azərbaycan Brüsseldə Aİ-nin vasitəçiliyi ilə fürsətdən istifadə edərək, nəticəli sülh prosesinin başlanması üçün birbaşa, üz-üzə danışıqlar aparacaq: “Hesab edirəm ki, Aİ-nin maraqları nəqliyyat dəhlizlərindən, o cümlədən Ermənistan və Azərbaycan arasında davamlı sülh və universal insan hüquqları və ifadə azadlığı standartlarına riayət etməkdən daha genişdir”.

Bildirək ki, Rusiya prezidenti Vladimir Putin son Soçi danışıqlarından sonra keçirilən mətbuat konfransında ilk dəfə "dəhlizlər" ifadəsini işlətdi. Bundan sonra Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israr etməyə başladı. Mahiyyət etibarı ilə bu “dəhlizlər” anlayışını Pol Qoblun ərazi mübadiləsi prinsipinin yeni variantı kimi şərh etmək olarmı? Riçad Kazlariçin cavabı:

“Bu sualı birbaşa Dr. Qobldan soruşmaq daha yaxşıdır. Münaqişə tərəfləri yalnız o halda nəqliyyat dəhlizi məsələlərini həll edə bilər ki, Ermənistan və Azərbaycan arasında üzbəüz danışıqlara əsaslanan nəticəli sülh prosesi gedir. Rusiyanın maraqlarına gəlincə, onlar yalnız Ermənistan və Azərbaycanda daimi hərbi mövcudluğun saxlanmasına diqqət yetirirlər”.

Rafi Müslümov

 

“Azərbaycan və Ermənistan fürsətdən istifadə etməlidir” – Kazlariç