Rudenko: "Yaxın zamanlarda "3+3" formatında görüş keçirilə bilər

Rudenko: "Yaxın zamanlarda "3+3" formatında görüş keçirilə bilər

Rudenko: "Yaxın zamanlarda "3+3" formatında görüş keçirilə bilər

"Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi “qısamüddətli” məsələdir".

Polemika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu məsələlər işlənərkən bütün iştirakçıların razılığı alınmalıdır. Buna nail olanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, qısamüddətli məsələdir”, - deyə Rudenko qeyd edib.

Nazir müavini bildirib ki, bu cür müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər Gürcüstan üçün “3+3” formatında yer qalacaq.

“Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Ona görə də əgər belə bir görüş baş tutsa və görüş bu altı dövlətin paytaxtlarından birində keçiriləcək. Gürcüstan gəlməyə hazır olduğunu təsdiq etməsə belə, kürsü Gürcüstan üçün boş qalacaq. Gürcüstan iştirakı lazım bildikdə, bunun üçün məqam yetişəndə, prosesin tamhüquqlu iştirakçısı olacaq”.

Rudenko: "Yaxın zamanlarda "3+3" formatında görüş keçirilə bilər