Saakaşvili Gürcüstana yük gəmisi ilə gəlib

Saakaşvili Gürcüstana yük gəmisi ilə gəlib

Saakaşvili Gürcüstana yük gəmisi ilə gəlib

Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, Elquca Tsomayanın köməyi ilə ölkəyə girib.

Polemika.az bildirir ki, bu barədə GHN məlumat yayıb. 

İstintaq orqanından verilən məlumata görə, o, bu cinayətdə ittiham olunur.

Prokurorluq Saakaşvilinin Gürcüstana oktyabrın 1-də deyil, sentyabrın 29-da daxil olduğunu təsdiqləyib.

Araşdırmalara görə, Mixeil Saakaşvili Ukraynadan, Çernomorsk limanından Gürcüstana gələn "Vilnüs" yük gəmisi ilə Potiyə daxil olub. Gəmi Gürcüstana sentyabrın 28-də, saat 23:00-da gəlib. Saakaşvili gecəyarısından sonra Gürcüstan ərazisinə ayaq basıb. 

Saakaşvili Gürcüstana yük gəmisi ilə gəlib