"Rusiya müxalifəti Paşinyana təzyiq göstərməməyə inandırır" - Erməni nəşri

"Rusiya müxalifəti Paşinyana təzyiq göstərməməyə inandırır" - Erməni nəşri

"Rusiya müxalifəti Paşinyana təzyiq göstərməməyə inandırır" - Erməni nəşri

"Rusiya erməni müxalifətini Paşinyana təzyiq göstərməkdən çəkindirməyə çalışır".

Polemika.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirir:

"Onlar Rusiyanın müxtəlif kanalları ilə Ermənistan müxalifətini razı salmağa çalışırlar ki, əgər sərhədlər müəyyən edilmədən, güc yolu ilə və insan tələfatı bahasına ərazilərdən imtina etmək istəmirlərsə, Nikol Paşinyana təzyiqləri dayandırsınlar.

“Rusiyanın yüksək dairələrinə yaxın mənbəmiz bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da keçirilməli olan görüşdən və ya videokonfransdan imtina etməsi Azərbaycan tərəfini məsələnin güc yolu ilə həllinə sövq edib. Paşinyan erməni cəmiyyətinin güclü təzyiqi ilə təmasdan imtina edib. Bir qayda olaraq, təhlükə görəndə o, geri çəkilir, çünki Ermənistanın ictimai dairələrində səs-küy yaranır ki, sənədin imzalanması hakimiyyət dəyişikliyinə səbəb ola bilər.

Paşinyan sonradan “satqın” adlandırılmaması üçün görüşdən imtina etməyi və Azərbaycan prezidenti İlham Əliyevə məsələləri güc yolu ilə həll etməyə icazə verməyi seçib.

Rusiya emissarları, o cümlədən Rusiyanın Ermənistandakı səfiri müxtəlif dairələrin nümayəndələri ilə görüşlər keçirir və onları hüquqi prosesə müdaxilə etməməyə, sənədli demarkasiyaya icazə verməyə inandırır. Yəni Rusiya, bir növ, bu yolla Ermənistanı dəstəkləyə bilsin.

Üstəlik, bu halda nə müharibə, nə itki, nə də ərazilərin qanunsuz işğalı olacaq. Nikol Paşinyan silahlı müqavimətə imkan verməyəcək, ona görə də, Suren Papikyan müdafiə naziri təyin edilib. Azərbaycanlılar isə bacardığı yerdən soxulacaq və torpaqlarımızı ələ keçirəcək”.

"Rusiya müxalifəti Paşinyana təzyiq göstərməməyə inandırır" - Erməni nəşri