"Səfirlər Saakaşvilinin taleyinə biganə qalmamalıdır" - Partiya sədri

"Səfirlər Saakaşvilinin taleyinə biganə qalmamalıdır" - Partiya sədri

"Səfirlər Saakaşvilinin taleyinə biganə qalmamalıdır" - Partiya sədri

Gürcüstanın müxalif “Droa” partiyası eks-prezident Mixeil Saakaşvilinin təcili olaraq üçüncü dərəcəli mülki klinikaya yerləşdirilməsini tələb edib.

Polemika.az "Azadlıq Radiosu"nun Gürcü Xidmətinə istinadla xəbər verir ki, partiya Gürcüstanda akkreditə olunmuş diplomatik korpuslara, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarına müraciət edərək, məhbusun sağlamlığını və yaşamaq hüququnu qorumaq üçün təsir vasitələrindən istifadə etməyə çağırıb.

Hakim “Gürcü arzusu” Saakaşvilinin mülki klinikaya köçürülməsini istisna edib:

“Hakimiyyət məhbusların müalicəsi üçün yalnız həbsxana xəstəxanasının nəzərdə tutulduğunu deyərkən yalan danışır. 2020-ci ildə 585 məhbus mülki xəstəxanaya köçürülüb və bu, bir daha onu göstərir ki, “Gürcü arzusu” Mixeil Saakaşviliyə qarşı şəxsi qisas və siyasi motivli təqibdədir. Mixeil Saakaşvilini mülki klinikaya aparmaq onun imtiyazı deyil, əksinə, onu həbsxana xəstəxanasına aparmaq şəxsi qisas olacaq.

““Gürcü arzusu”nun bizə təklif etdiyi məhvetmə və bir-birimizə nifrət siyasətini rədd edək. Mixeil Saakaşviliyə münasibətdən asılı olmayaraq, hər bir insan sağlamlığının qorunmasına, yaşamaq hüququna və məsuliyyətə cəlb olunmağa layiqdir.

Hökumətin Saakaşvilinin sağlamlığını və şəxsi təhlükəsizliyini təmin etmək üçün birbaşa öhdəliyi var. Keçmiş prezidentin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün məsuliyyət tamamilə Gürcüstan hökumətinin üzərinə düşür”, – deyə "Droa" partiyasının açıqlamasında qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl müxalif “Lelo” partiyası da eyni zəminli bəyanat yayaraq, Gürcüstanın sabiq prezidentinin post-xəstəxanaya yerləşdirilməsini tələb etmişdi.

Qeyd edək ki, Zuqdididə mətbuata açıqlama verən səhiyyə naziri Yekaterine Tikaradze iddia edib ki, Mixeil Saakaşvili, qeyri-adekvat tibbi yardıma görə həyati risklə üzləşməyəcək.

Xatırladaq ki, oktyabrın 1-dən aclıq aksiyası keçirən Mixeil Saakaşvili Qldani həbsxanası ərazisindəki klinikada müalicədən imtina edir və onun ombudsmanları və həkimi hər gün hökumətə vəziyyətinin pisləşdiyi və Saakaşvilinin multidissiplinar müəssisəyə yerləşdirilməsinə ehtiyac olduğu barədə xəbərdarlıq edir.

Tibb şurasının keçmiş üzvü doktor Zurab Paqava deyir ki, şura Saakaşvilinin lazım gələrsə, “yüksək profilli, sözdə C kateqoriyalı müəssisəyə” yerləşdirilməsi məsələsində ilkin razılığa gəlib. Zurab Paqavanın səhhətindəki problem ilə bağlı Tibbi Şuranın qrupunu tərk etdiyi deyilir.

Mixeil Saakaşvili üç instansiya məhkəməsində keçmiş deputat və biznesmen Valeri Gelaşvilini döydürməkdə və Sandro Girqvlianini qətlə yetirməkdə təqsirli bilinir. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. Gürcüstan hökuməti tərəfindən verilən açıqlamada bildirilir ki, bu işlər üzrə məhkəmənin çıxardığı qərarlar qətidir və bu haqda heç bir şikayət verilə bilməz.

"Səfirlər Saakaşvilinin taleyinə biganə qalmamalıdır" - Partiya sədri