"Cəbrayıl yox idi, sanki səhradaydıq" - Tanınmış yazar

"Cəbrayıl yox idi, sanki səhradaydıq"

"Cəbrayıl yox idi, sanki səhradaydıq" - Tanınmış yazar

Filologiya üzrə fəlsəfə doktoru, muğam korifeylərimizin həyat və fəaliyyətinin tədqiqatçısı, Beynəlxalq Muğam Mərkəzinin “Undulmayanlar” layihəsinin koordinatoru, yazıçı Gülhüseyn Kazımov doğma yurdu Cəbrayıla səfəri barədə danışıb.

Polemika.az-a danışan yazıçı Cəbrayılın ermənilər tərəfindən darmadağın edildiyini bildirib:

“Bir müddət əvvəl doğma yurdum Cəbrayıla mən də yollandım. Vallah, təəssüratlarımı sözlə ifadə etmək mümkün deyil. Çünki biz həm Cəbrayıla getmişdik, həm də getməmişdik. Cəbrayıl yox idi, sanki səhra idi. Amma mərkəzdə üstündə qartal olan bir dağ var o dağa baxanda müəyyən etmək olurdu ki, sağ tərəf, sol tərəf haradır. Başqa heç nə yox idi”.

G.Kazımov bildirib ki, Prezidentin Cəbrayıl şəhərinin təməlini qoyması, bu mərasimdə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə səmimi görüş keçirib söhbət etməsi onlara ən böyük hədiyyə olub:

“Bütün bunlara baxmayaraq, Vətən torpağına gəlmək çox fərqli hiss idi, mütəəssir olduq. Əsas olan torpaqdır, onu da şükür ki, geri aldıq. Sonradan üstündə hər cür şərait qurulacaq. Hər şey daha da yaxşı olacaq. Biz orada olanda Cəbrayılın baş planını göstərdilər. Prezidentin iştirakı ilə plana bizlər də baxdıq, çox gözəl plan idi. Cənab Prezident şəhərimizin təməlini bizlərlə birlikdə qoydu. Cəbrayılda çox gözəl bir rayon qurulacaq”.

Səhhəti barədə danışan yazıçı müalicəsini H.Əliyev Fondunun dəstəyi ilə davam etdirdiyini qeyd edib:

“Müalicəm davam edir səhhətim normaldır. Heydər Əliyev fonduna təşəkkür edirəm, mənim müalicəmi öz boyunlarına götürdülər. Hələ ki, müalicələrə davam edirik, şükür, normalam”.

Əsmətxanım 

"Cəbrayıl yox idi, sanki səhradaydıq" - Tanınmış yazar