"Qürbət ölkədə vətənim üçün darıxıram" - 57 yaşını qeyd edən Elariz

"Qürbət ölkədə vətənim üçün darıxıram" - 57 yaşını qeyd edən Elariz

"Qürbət ölkədə vətənim üçün darıxıram" - 57 yaşını qeyd edən Elariz

"Təbrikiniz üçün çox sağ olun. Bu gün ancaq təbriklərə cavab yazmaqla məşğulam. Belə gündə isə içimdən ancaq mahnı oxumaq keçir".

Polemika.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında dünən doğum gününü qeyd edən, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu deyib. Müğənni qürbət eldə yaşamasına baxmayaraq vətən üçün darıxdığını deyib:

"Hər bir Azərbaycan vətəndaşına Türkiyə və Amerika kimi ölkələrdə yaşamaq əlverişlidir. Bu ölkələrdə Azərbaycan vətəndaşı ikinci dərəcəli deyil. Şükür Allaha mən də işlərimi Amerikada qurmuşam, burda restoranda çalışıram. Axşam doğum günümlə bağlı yəqin ki, tədbirimiz olacaq. Bu münasibətlə məni Bostona dəvət ediblər. Amma bütün bunlara baxmayaraq qürbət ölkədə öz vətənim üçün darıxıram".

Qeyd edək ki, Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda anadan olub. Müğənni 2019-cu ildə Amerikaya köçüb.

"Qürbət ölkədə vətənim üçün darıxıram" - 57 yaşını qeyd edən Elariz