"Əgər bir insan mənə vücuduma görə..." - Yaşar Nurinin qızı

"Əgər bir insan mənə vücuduma görə..." -  Yaşar Nurinin qızı

"Əgər bir insan mənə vücuduma görə..." - Yaşar Nurinin qızı

“Son günlər iş, sənət, səs qalıb kənarda, insanın bədəni şəkilləndirmə mövzusu gündəm olub. Mənə çox maraqlıdır ki, niyə bəzi kişilərimiz "Tik-Tok"da yazırlar ki, bunun vücudu, bədəni şəkilləndirmə məni-məndən alır. Əgər kimsə bədən şəkilləndirməsi edirsə, o demək deyil ki, bunu hamı etməlidir, yaxud da edir. 

Bu gün mən də bədən şəkilləndirməsi mövzusu ilə gündəm olmuşam. Əlsində, bu məni o qədər də narahat etmir, sadəcə demək istəyirəm ki, mən heç bir plastik əməliyyat, bədən şəkilləndirməsi etdirməmişəm. İdmanla məşğul oluram və yeməyimə fikir verirəm. Səhnə adamıyıq, gərək özümüzə fikir verək. Heç səhnə adamı olmasam belə, xanımlar gərək hər zaman vücudlarına fikir verməlidirlər”.

Polemika.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında mərhum Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib.

Müğənni maddi vəziyyətinin plastik əməliyyata yetərli olmadığını bildirib:

“O qədər imkanım da yoxdur ki, bədən şəkilləndirməsi edim. İmkanım olsa, o pulu sərmayə kimi işimə qoyaram. Heç bilmirəm bunu necə başa salım ki, mənə inansınlar. Yaxşı olar ki, o şəxslər insanın bədəninə yox, sənətinə, oxuduğu mahnılara diqqət yetirsinlər. Təəssüf ki, bu gün kişilərin bir çoxu mənəviyyatdan uzaq olub, qadınların bədən şəkilləndirməsinə üstünlük verir. Düşünürəm ki, bundan da gözəl münasibətlər, hisslər, duyğular var. Əl çəksinlər məndən. Heç bir əməliyyat etdirməmişəm, etdirsəm də gizlətmərəm. Həkimi də reklam edərəm, özümü də. Buna heç bir ehtiyac görmürəm. Bir insan vücuduma görə mənə dəyər verəcəksə, o şəxs mənə heç lazım da deyil. İnsan birinci növbədə qəlbimə, ruhuma önəm versin. Bu dəqiqə onunla məşğulam ki, bir həkim olsun, reklam qarşılığında mənim dişlərimi düzəltsin. Pulum olsaydı, dişlərimi düzəltdirərdim”.

"Əgər bir insan mənə vücuduma görə..." - Yaşar Nurinin qızı