Qazaxıstanın keçmiş müdafiə naziri həbs olundu

Qazaxıstanın keçmiş müdafiə naziri həbs olundu

Qazaxıstanın keçmiş müdafiə naziri həbs olundu

Qazaxıstanın paytaxtında ixtisaslaşmış rayonlararası istintaq məhkəməsi ölkənin keçmiş müdafiə naziri Murat Bektanovun 2 aylıq həbsi barədə qərar çıxarıb.

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, fevralın 20-də Qazaxıstan Baş Prokurorluğunun əməkdaşları ötən ayın əvvəllərində baş verən iğtişaşlar zamanı hərəkətə keçməməkdə şübhəli bilinən keçmiş müdafiə nazirini saxlayıblar. Qanunvericiliyə əsasən, “Vəzifəli şəxslərin hərəkətsizliyi” maddəsi ilə vəzifəli şəxs tərəfindən öz xidməti vəzifələrini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər döyüş şəraitində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yanvarın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökuməti təsdiqləyib. Bektanov daha sonra vəzifəsini qoruyub saxlasa da, yanvarın 19-da onu Ruslan Jaksılykov əvəzləyib.

Bu qərarı izah edən dövlət başçısı bildirib ki, son dərəcə qeyri-müəyyənlik və rəhbərliyin təşəbbüskar olmaması səbəbindən yanvar hadisələri zamanı ordu qarşıya qoyulan tapşırıqları yerinə yetirməyib, nazir komandanlıq keyfiyyətləri nümayiş etdirməyib.

Qazaxıstanın keçmiş müdafiə naziri həbs olundu