Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanlarının cavabları açıqlanıb. 

Modern.az xəbər verir ki, bu barədə imtahanda iştirak edən bakalavrlar məlumat paylaşıblar. Onlar mobil nömrələrinə imtahan nəticələri haqqında mesaj göndərildiyini bildiriblər. 

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 20-də respublikanın 7 şəhər və rayonunda keçirilib. Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda baş tutan imtahanlar ümumilikdə 71 imtahan binasında aparılıb.

İmtahanda iştirak üçün 17097 bakalavr ərizə təqdim etmişdi. 

 

 

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı