"Regional kommunikasiyaların bərpası Ermənistan üçün prioritet məsələdir" - Erməni deputat

"Regional kommunikasiyaların bərpası Ermənistan üçün prioritet məsələdir" - Erməni deputat

"Regional kommunikasiyaların bərpası Ermənistan üçün prioritet məsələdir" - Erməni deputat

"Ermənistanda hakim siyasi qüvvə daxili siyasətdə qanunun aliliyindən, xarici siyasətdə sülhün bərqərar olmasına üstünlük verir".

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Mariya Karapetyan fevralın 22-də İrəvanda Avronest Parlament Assambleyasının komissiyalarının iclasında deyib.

Onun sözlərinə görə, sonuncu prosesdə prioritet kommunikasiyaların bərpası, onların yenidən işə salınmasıdır. Bu, təkcə yol infrastrukturuna deyil, həm də təhlükəsizliyə aiddir. Biz inanırıq ki, qarşılıqlı asılılıq mövcud problemləri daha effektiv həll etməyə kömək edəcək”, - Karapetyan izah edib.

Erməni deputatın fikrincə, Ermənistan və Azərbaycanın silahlı qüvvələri qoşunların aynalı çıxarılması prinsipi ilə sərhədi tərk etməlidir. Onun fikrincə, bu, nəhayət, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinin başlanmasına imkan verəcək.

"Regional kommunikasiyaların bərpası Ermənistan üçün prioritet məsələdir" - Erməni deputat