"Şagirdlərin dərsə davamiyyəti yaxşılaşıb" - Nazirlik rəsmisi

"Şagirdlərin dərsə davamiyyəti yaxşılaşıb"

"Şagirdlərin dərsə davamiyyəti yaxşılaşıb" - Nazirlik rəsmisi

"Hazırda ölkədə fəaliyyət göstərən məktəblərdə pandemiya ilə bağlı vəziyyət sabitdir. Son iki həftədə yoluxma sayında kəskin azalma müşahidə edilir".

Polemika.az xəbər verir ki, buu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

Sektor müdirinin sözlərinə görə, bu səbəbdən şagirdlərin dərsə davamiyyəti də əvvəlki dövrlərə nisbətən yaxşılaşıb:

"Hesab edirəm ki, yaxın zamanda yoluxma sayı o həddə çatacaq ki, tədris prosesində qırılmalar baş verməyəcək".

Təhsil işçilərinin vaksinasiya məsələsindən danışan F.Qarayev bildirib ki, hər bir müəllim öz məsuliyyətini başa düşür: "Bilir ki, şagirdlərlə birbaşa ünsiyyətdədir və cəmiyyətdə nümunəvi insandır. Ona görə də müəllimlərimiz vaksinasiya prosesində aktiv iştirak edirlər".

"Şagirdlərin dərsə davamiyyəti yaxşılaşıb" - Nazirlik rəsmisi