Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşdi

Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşdi

Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Gənclər və İdman Nazirliyindən Polemika.az-a verilən məlumata görə, fevralın 23-də VII turun matçları keçiriləcək. Günə saat 15:00 – da “Neftçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da “Ekspress” - “Murov” matçı başlayacaq.

Fevralın 27-də isə VIII tur çərçivəsində ilk olaraq meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra MOİK - “Ekspress” duelinə start veriləcək. Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

 Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

Mehri QURBAN

Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşdi