“Azərbaycan millisini yaxşı tanıyırıq” - Marek Hamşik

“Azərbaycan millisini yaxşı tanıyırıq” - Marek Hamşik

“Azərbaycan millisini yaxşı tanıyırıq” - Marek Hamşik

"Qrupdakı rəqiblərlə daha əvvəl qarşılaşmışıq. Deyə bilərik ki, onların hamısı keçmiş SSRİ ölkələridir".

Polemika.az xəbər verir ki, bu fikirləri Slovakiya yığmasının kapitanı Marek Hamşik UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.

Hazırda Türkiyənin "Trabzonspor" klubunda çıxış edən 34 yaşlı futbolçu Belarus və Azərbaycan yığmalarını yaxşı tanıdıqlarını bildirib: "Bu 3 kollektiv bir-birinin oyununa bələddir. Qrupda tanımadığımız yeni rəqib yer alacaq. Bu ya Qazaxıstan, ya da Moldova millisi olacaq. Münasib qrupa düşdüyümüzü düşünürəm. Biz mütləq favoritik və 1-ci yer uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, Slovakiya yığması C Liqasında Azərbaycan, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq./Report

“Azərbaycan millisini yaxşı tanıyırıq” - Marek Hamşik