15 yaşında millidə debüt etdi - Tarixə düşdü

15 yaşında millidə debüt etdi

15 yaşında millidə debüt etdi - Tarixə düşdü

Gənc futbolçu Enes Sali Rumıniya millisində DÇ-2022-nin seçmə mərhələsində Lixtenşteynlə matçda (2:0) debüt edib.

Polemika.az xəbər verir ki, o,  82-ci dəqiqədə meydana çıxıb. Beləliklə, Sali millidə ilk oyununu 15 yaş 264 gündə keçirib. Sali rəsmi oyunda Avropada milli komandalarda debüt  edən ən gənc futbolçu kimi rekorda imza atıb.

Bundan əvvəlki rekord 15 yaş 300 günündə Norveç millisində ilk rəsmi oyununu keçirən Martin Edeqara məxsus idi . 

15 yaşında millidə debüt etdi - Tarixə düşdü