Azərbaycanlı hakim Avropada koronavirusa yoluxdu - Karantinə alındı

Azərbaycanlı hakim Avropada koronavirusa yoluxdu

Azərbaycanlı hakim Avropada koronavirusa yoluxdu - Karantinə alındı

Azərbaycanlı futbol hakimi Zeynal Zeynalov koronavirusa yoluxub.

Polemika.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, Zeynal Zeynalovun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün UEFA Avropa Konfrans Liqasının oktyabrın 21-də keçirilmiş “Yablonets” (Çexiya) - “Randers” (Danimarka) qarşılaşmasında üçün dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib.

Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.

Əliyar Ağayev, Akif Əmirəli və Elçin Məsiyev oktyabrın 23-də Bakıya dönəcək.

Zeynal Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.

Azərbaycanlı hakim Avropada koronavirusa yoluxdu - Karantinə alındı